AİB koronavirusla mübarizə çərçivəsində üzv ölkələrə yardım edib

AİB koronavirusla mübarizə çərçivəsində üzv ölkələrə yardım edib
# 27 oktyabr 2020 11:36 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində üzv ölkələrə yardımın göstərilməsini davam etdirir. Belə ki, AİB Mərkəzi və Qərbi Asiya regionuna ayrılmış 12 mln. ABŞ dolları həcmində olan qrant çərçivəsində Azərbaycan da daxil olmaqla, region ölkələrinə tibbi ləvazimat və avadanlıqların növbəti partiyasını göndərib.

"APA-Economics"in məlumatına görə, bu barədə AİB-in açıqlamasında deyilir.

Təkcə Azərbaycana 15 min tibbi kombinezon, 10 min tibbi maska və digər tibbi ləvazimat göndərən AİB, eyni zamanda, böyük həcmdə tibbi avadanlıq və ləvazimatlar partiyalarını Qırğızıstan, Əfqanıstan, Tacikistan, Qazaxıstan və Türkmənistana tədarük edib. Təkcə Tacikistana şəxsi mühafizə üçün nəzərdə tutulan 14 ton tibbi avadanlıq göndərilib.

Qeyd edək ki, AİB-in gələcək planlarına COVID-19-u təyin etmək üçün testlərin Gürcüstana göndərilməsi də daxildir.

Xatırladaq ki, 1999-cu ildən Azərbaycanla əməkdaşlıq edən AİB, ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5 mlrd. dollardan çox vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR