Alstom Azərbaycan Dəmir Yolları üçün Prima T9 lokomotivlərinin sınaqlarına başlayıb

Alstom Azərbaycan Dəmir Yolları üçün Prima T9 lokomotivlərinin sınaqlarına başlayıb
# 19 avqust 2020 11:09 (UTC +04:00)

Fransanın “Alstom” şirkəti, Azərbaycanda Prima T9 AZ8A yük lokomotivlərinin sınaqlarına başlayıb. “APA-Economics” “Railadvent”ə istinadən xəbər verir ki, bu “Alstom”la “Azərbaycan Dəmir Yolları” QSC arasında icra olunan layihənin mühüm mərhələsi sayılır.

Şirkətin Qərbi və Orta Asiyadakı idarəedici direktoru Guillaume Tritterin sözlərinə görə, “Alstom” ADY ilə strateji tərəfdaşlığı ilə fəxr edir və Azərbaycanda dəmir yolu infrastrukturunun inkişafına və yük daşımalarının artırılmasına töhfə verməyə hazırdır.

Qeyd edək ki, 2014-cü ildə ADY, “Alstom”un Transmashholding (TMH) ilə ortaq müəssisəsi olan “EKZ” ilə 50 elektrik lokomotivi, o cümlədən 40 Prima T8 AZ8A yük lokomotivi və 10 Prima M4 AZ4A sərnişin lokomotivi almaq üçün müqavilə bağlayıb.

“Alstom”un Prima T8, dünyanın ən güclü elektrik lokomotivlərindən biridir. Prima T8 lokomotivi 9000 tona qədər yük götürə və 120 km sürətlə hərəkət edə bilir.

Son 20 ildə dünyada 3200-dən çox Prima lokomotivi satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR