"AvtoVAZ" 2020-2021-ci illərdə yeni avtomobil satışlarında azalma gözləyir

"AvtoVAZ" 2020-2021-ci illərdə yeni avtomobil satışlarında azalma gözləyir
# 12 noyabr 2020 17:37 (UTC +04:00)

Rusiyanın "AvtoVAZ" şirkəti 2020-2021-ci illərdə yeni minik avtomobilləri və yüngül kommersiya avtomobillərinin (LCV) satışlarının 9-11% aralığında azalacağını gözləyir.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə şirkətin xarici əlaqələr üzrə vitse-prezidenti Sergey Qromak bildirib.

"Analitiklərimiz bu il avtomobil bazarının həcmi 2019-cu ilə nisbətən 11% az olacağını təxmin edirlər. Gələn il isə azalmanın 9% olacağı gözlənilir. Bu və gələn il üçün bazarda azalma diapazonu təxminən 9-11% arasında qiymətləndirilir", - deyə şirkətin rəsmisi bildirib.

Xatırladaq ki, oktyabrda Rusiyada yeni minik avtomobillərinin satışları 7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR