Avtomobillərin qlobal satışları bu il 15% azalacaq - PROQNOZ

Avtomobillərin qlobal satışları bu il 15% azalacaq - PROQNOZ
# 18 may 2020 14:00 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən bu il qlobal avtomobil (ənənəvi) satışlarının 2019-cu ilin göstəricisi ilə müqayisədə 15% (və ya 13 mln. avtomobil) azalacağını proqnozlaşdırır.

"APA-Economics"in EIA-ə istinadən verdiyi məlumata görə, satışların ən böyük azalması Avropa, ABŞ və Çində qeydə alınacağı proqnozlaşdırılır.

"Bu, 2008-2009-cu illər arasında baş verən azalmadan sonra iki dəfə böyük bir azalmadır", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR