Azad edilmiş ərazilərin su ehtiyatlarından istifadə sahəsində səlahiyyətli qurumlar müəyyənləşib

Azad edilmiş ərazilərin su ehtiyatlarından istifadə sahəsində səlahiyyətli qurumlar müəyyənləşib
# 19 aprel 2021 14:26 (UTC +04:00)

“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsini Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edəcək.

APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR