"Azercell Eksklüziv" mağazalarında yeni "iPhone"un satışlarına başlanıb

"Azercell Eksklüziv" mağazalarında yeni "iPhone"un satışlarına başlanıb
# 06 noyabr 2020 14:17 (UTC +04:00)

“Azercell Eksklüziv” mağazalarında “iPhone 12” və “iPhone 12 Pro” smartfonlarının satışına start verilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan smartfonları əldə edən hər bir abunəçiyə 3 ay ərzində 50 GB həcmində internet paketi hədiyyə edilir.

“Azercell” ənənəvi olaraq iPhone pərəstişkarlarını diqqət mərkəzində saxlayır və internetin inanılmaz sürətini “Apple” brendinin yeni nəsil telefonları vasitəsilə ölkənin ən yüksək keyfiyyətli 4G şəbəkəsində hiss etmək imkanı yaradır.

Qeyd edək ki, “Azercell Telekom”, həmçinin Azərbaycanda Apple şirkətinin yeganə rəsmi telekommunikasiya tərəfdaşıdır. Ən qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən “iPhone” telefonları bu dəfə A14 çipi, “LiDAR” skaneri, genişləndirilmiş funksionallığı və daha böyük ekranı ilə gündəmə gəlib.

Əlavə məlumatla https://www.azercell.com/az/personal/devices/iPhone12Pro səhifəsində tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR