"Azercell" "Paycell" xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqını dayandırır ®

"Azercell" "Paycell" xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqını dayandırır ®
# 22 aprel 2020 15:00 (UTC +04:00)

"Azercell Telekom" MMC "Paycell" xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqı tətbiqini müvəqqəti olaraq dayandırıb.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, bu qərar koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilən xüsusi karantin dövründə abunəçilərinə dəstək olaraq verilib.

Xatırladaq ki, "Paycell" xidməti çərçivəsində istənilən Fakturasız Xətt (SimSim) nömrənin balansına 0,2 manat, 0,5 manat və ya 1 manat vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Bu təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd etməklə, müvafiq olaraq 9204, 9200 və ya 9202 qısa nömrələrinə mesaj göndərmək kifayətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR