"Azercell" mobil ödəmə xidmətini fakturalı xətt abunəçiləri üçün aktivləşdirib

"Azercell" mobil ödəmə xidmətini fakturalı xətt abunəçiləri üçün aktivləşdirib
# 20 noyabr 2020 15:19 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” bütün abunəçilərinin işini asanlaşdıran “Kabinetim” tətbiqi çərçivəsində Mobil Ödəmə xidməti ilə bağlı növbəti yeniliyi təqdim edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, belə ki, ilin əvvəlində Sim-Sim abunəçiləri üçün istifadəyə verilən Mobil Ödəmə xidməti artıq “Azercell” Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu.

Rəqəmsal həlləri daha da əlçatan etməyi hədəfləyən “Azercell” bu günə qədər “Kabinetim” mobil tətbiqi ilə bir sıra yenilikləri abunəçilərinin ixtiyarına verib. Bunlardan biri və gələcək inkişaf baxımından xüsusilə önəmli olanı Mobil Ödəmə xidmətidir. Mobil Ödəmə xidməti nağd puldan, ödəmə kartından istifadə etmədən yalnız mobil telefon nömrəsinin balansından vacib gündəlik ödəmələri həyata keçirməyə imkan verir.

“Azercell”in Mobil Ödəmə xidməti gündəlik həyatın bir çox sahələrini əhatə edir. Abunəçilər sadəcə “Azercell” balansı hesabına heç bir əlavə prosedurdan keçmədən kommunal (qaz, elektrik enerjisi, su, istilik) xərclərini ödəyirlər. Burada, həmçinin, internet və kabel televiziya xidmətlərinin haqqını ödəmək, eləcə də, E-İmza, stasionar telefon rabitəsi xidmətləri üçün ödəniş etmək imkanı yaradılıb. Mobil Ödəmə vasitəsilə, həm də, digər “Azercell” abunəçilərinin balansını artırmaq, müxtəlif əyləncəli oyunların hesabına pul yatırmaq mümkündür.

Mobil Ödəmə xidmətinin təqdim etdiyi ən son əhəmiyyətli imkanlardan biri də Azercell abunəçilərinin “Silahlı Qüvvələrə Yardım Fondu”na birbaşa ianə etmək imkanının mümkünlüyü oldu. Eyni zamanda, bu xidmətdən istifadə etməklə qlobal cəmiyyətin mühüm problemi olan “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na da ianə etmək olar.

Qeyd edək ki, xidmətdən istifadənin digər şərtləri ilə “Azerell”in rəsmi saytı, eləcə də tətbiq vasitəsilə Mobil Ödəmə Xidmətindən istifadə qaydaları bölməsindən tanış olmaq mümkündür.

Bank və mobil şəbəkələrin birləşməsindən irəli gələn yeni rəqəmsal yanaşma təklif edən Mobil Ödəmə layihəsi çərçivəsində xidmətlərin sayının genişləndirilməsi, xidmət spektrinin artırılması və digər servislərdən istifadə üçün şərait yaradılması nəzərdə tutulur. Mobil Ödəmə xidməti abunəçilərə “Azercell”in “Kabinetim” mobil əlavəsinin tərkibində təqdim olunur. “Kabinetim” tətbiqi abunəçiyə öz nömrəsinə tam nəzarət etmək, nömrə ilə bağlı əməliyyatları idarə etmək, ödəmələri həyata keçirmək, “Azercell” tətbiqlərinə abunə olmaq imkanını yaradır. “Kabinetim”lə balansı artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək və bir çox başqa əməliyyatları rahatlıqla icra etmək olar. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə “Azercell” müştəri xidmətlərinə müraciət etmək və QR skan ilə xidmətlərə qoşulmaq da mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR