"Azercell" üç tarif paketində hesablama intervalını dəyişir

#
# 09:30
18 iyun 2020

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” şirkəti üç tarif paketində zəng xidmətlərində tətbiq edilən hesablama intervalını dəyişir.

APA-Economics” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin 21 iyul tarixindən etibarən fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “My Business 2”, “Sizin tarif”, “Sizin tarif+” paketlərində hesablama intervalı 60 saniyə tətbiq olunacaq.

Qeyd edək ki, hazırda qeyd olunan tarif paketlərində hesablama intervalı 30 saniyə təşkil edir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR