"Azercosmos": Azərbaycan peyki pivotaltı torpaq sahələrinin monitorinqlərində istifadə olunur

"Azercosmos": Azərbaycan peyki pivotaltı torpaq sahələrinin monitorinqlərində istifadə olunur
# 29 iyun 2020 16:26 (UTC +04:00)

Azərbaycan ərazisində pivot tipli müasir suvarma sistemlərinin yerləşməsi və pivotaltı torpaq sahələrində monitorinqlər "Azersky" aşağı orbitli peykindən əldə edilən təsvirlər vasitəsilə aparılır.

"Azercosmos" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, əldə olunan peyk təsvirləri sayəsində pivot suvarma sistemlərinin tətbiq edildiyi əkin sahələrinin təyin olunması mümkündür.

Əkin sahələrində suvarma prosesinin tam şəkildə avtomatlaşdırılmasını təmin edən pivot suvarma sistemləri su itkisini minimuma endirir, fermerlərə su sərfiyyatını hesablamağa və idarə etməyə imkan verir.

ASC tərəfindən Samux rayonunda pivot suvarma sistemlərinin bu ilin iyun ayında "Azersky" peykindən əldə olunan təsvir yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR