Aznetdə fişinq hücumlarının sayı kəskin artıb

Aznetdə fişinq hücumlarının sayı kəskin artıb
# 04 noyabr 2020 12:30 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycanın ".az" domenində olan saytların hər 58-i nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

"APA-Economis"in "Netcraft" analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 621-i fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 1,7%-nı təşkil edir. Bu göstərici üzrə son bir ay ərzində 88,2% artım müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 36 mindən çox sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 232, Rusiyada – 74, Belarusda – 673, Latviyada – 80, Litvada - 88, Estoniyada – 76, Qazaxıstanda – 769, Özbəkistanda – 445, Tacikistanda – 33, Qırğızıstanda – 339, Gürcüstanda – 195, Ermənistanda isə 242 sayta bir uğurlu fişinq hücumu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR