Azərbaycan "Global Game Jam 2021" oyununa qatılacaq

Azərbaycan "Global Game Jam 2021" oyununa qatılacaq
# 12 yanvar 2021 16:51 (UTC +04:00)

27-31 yanvar tarixlərində dünyanın 200-ə yaxın ölkəsində eyni anda təşkil edilən “Global Game Jam 2021”ə qoşulmaq mümkün olacaq.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, oyun Nazirliyk, “Game Tech Azerbaijan”ın təşkilatçılığı, “SUP VC”, “Next Step” İnnovasiya Mərkəzi, “Creative.az” və “Mad Rooster” şirkətlərinin dəstəyi ilə Azərbaycanda da baş tutacaq.

Məqsəd Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, bu sahəni inkişaf etdirmək, xüsusilə beynəlxalq arenaya çıxışlarına kömək etməkdir.

Azərbaycanda “Global Game Jam” ilk dəfədir onlayn keçirilir. Tədbirdə oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, dizaynerlər, “3D” modelçilər, səs və vizual effekt mütəxəssisləri iştirak edə biləcəklər.

Müsabiqə zamanı iştirakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Mövzu bütün dünyada eyni vaxtda elan olunacaq. “Global Game Jam 2021”-in iştirakçıları dəyərli hədiyyələr qazanacaqlar.

Qeyd edək ki, qeydiyyat iki mərhələdən ibarətdir. Aşağıdakı qeydiyyat linklərinə daxil olmaqla “Global Game Jam”də iştirak etmək mümkündür:

https://globalgamejam.org/user/signup/to/participate/using;

http://bit.ly/34NgmV6.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR