Azərbaycan "Microsoft"la süni intellekt sahəsində əməkdaşlığa start verib

Azərbaycan "Microsoft"la süni intellekt sahəsində əməkdaşlığa start verib
# 02 mart 2020 12:06 (UTC +04:00)

"Microsoft" korporasiyası Azərbaycan Təhsil Nazirliyi ilə süni intellekt sahəsində əməkdaşlığa başlayıb.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Microsoft-Azerbaijan" şirkətinin baş direktoru Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, bu, ilk addımdır və bundan sonra nitqin tanınması və daha ciddi sahələrdə süni intellektin tətbiqi məsələlərinə baxmaq olar: "Bizim qarşımızda duran əsas məsələ "süni intellektə Azərbaycan dilinin tanıtdırmasıdır. Bunun üçün bizə həm Azərbaycan, həm də ingilis dillərində minimum 3 mln. cümlə gərəkdir. Biz bunu edib, “Microsoft”ta təqdim edə bilsək, iki ay ərzində “Microsoft” süni intellekti Azərbaycan dilində tanınmasını təmin edəcək. Bu, o deməkdir ki, istənilən təhsil müəssisəsi, şirkət və dövlət qurumu süni intellektin imkanlarından yararlana biləcəklər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR