Azərbaycan internet məkanında yeni elektron poçt xidməti fəaliyyətə başlayıb

Azərbaycan internet məkanında yeni elektron poçt xidməti fəaliyyətə başlayıb
# 27 aprel 2020 13:29 (UTC +04:00)

Bu gündən etibarən, amail.az adlanan yeni pulsuz elektron poçt xidməti fəaliyyətə başlayıb. Bunu “APA-Economics”ə layihə rəhbəri Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, bu gün qeydiyyatdan keçən hər bir istifadəçi 100 GB, aprelin 28-i qeydiyyatdan keçənlər 50GB, aprelin 29-u qeydiyyatdan keçənlər isə 25 GB həcmində elektron poçt qutusu açmaq imkanı əldə edəcək.

“Gələcəkdə amail.az istifadəçilərinə “drive” xidməti də təklif olunacaq. Hazırda bu xidmətin mobil əlavəsinin yaradılması istiqamətində işlər aparılır”, - deyə R. Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR