Azərbaycan saytlarına fişinq hücumlarının sayı azalıb

Azərbaycan saytlarına fişinq hücumlarının sayı azalıb
# 01 may 2020 12:01 (UTC +04:00)

Azərbaycanın ".az" domenində olan saytların hər 243-ü nəticə etibarı ilə bir uğurlu fişinq hücumuna ilə üzləşib ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,7%-ni təşkil edir.

"APA-Economis"in "Netcraft" analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 140-ı fişinq hücumunun qurbanı olub ki, bu göstərici üzrə son bir ay ərzində 70%-dək azalıb.

Qeyd edək ki, bu günə ".az" domenində 35 176 sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 205, Rusiyada – 298, Belarusda – 601, Latviyada – 18, Litvada - 245, Estoniyada – 22, Qazaxıstanda – 709, Özbəkistanda – 306, Tacikistanda – 40, Qırğızıstanda – 400, Gürcüstanda – 203, Ermənistanda isə 280 sayta bir uğurlu fişinq hücumu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR