Azərbaycan startapı dezinfeksiya cihazının istehsalına başlayır - FOTO

Azərbaycan startapı dezinfeksiya cihazının istehsalına başlayır - FOTO
# 06 may 2020 10:55 (UTC +04:00)

Azərbaycanın "Sumaks" startap şirkəti dezinfeksiya cihazının istehsalına başlayır.

Bunu "APA-Economics"ə şirkətdən deyiblər.

Şirkətdən bildirilib ki, "Bənövşəyi" adı ilə istehsal olunacaq bu cihaz gündəlik istifadə edilən əşyaların (pul, cüzdan, saat, telefon və s.) dezinfeksiyası üçün nəzərdə tutulub.

Qeyd edək ki, cihazın üzərində olan ekran vasitəsilə tənzimləmələr apara, hər bir əşya üçün lazım olan dezinfeksiya müddətini təyin etmək mümkün olacaq.

"Bu həftənin sonunadək cihazla bağlı işlər tamamlanacaq, gələn həftədən etibarən isə istehsal prosesinə start veriləcək", - deyə şirkətdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR