Azərbaycanda ATS-lərin sayı son 5 ildə 12% artıb

#
# 15:21
18 sentyabr 2020

Azərbaycanda Avtomat Telefon Stansiyaların (ATS) sayı 2019-cu ilin sonuna 2 001 vahid təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 2,6% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumilikdə, 2015-2019-cu illər ərzində artım 11,8% təşkil edib.

Cari ilin 1 yanvarına olan məlumata görə, ölkədə istifadədə olan ATS-lərin 603-ü şəhərlərdə, 1 398-i isə kənd yerlərində istismar olunur.

Ölkə üzrə istifadədə olan ATS-in nömrə tutumu 2019-cu ilin sonuna 1 940,2 min ədəd təşkil edib ki, bu göstərici 2018-ci ilə nisbətən 1,1% azalıb, son 5 ildə isə (2015-2019-cu illər ərzində) 4,6% artıb.

Azərbaycan üzrə istismarda olan nömrələrin 1 561,5 mini şəhər yerlərində, 378,7 mini isə kənd telefon rabitəsinin payına düşüb.

Bu ilin əvvəlinə ölkədə ümumi istifadədə olan sabit şəbəkə telefonlarının sayı (telefon şəbəkəsinə qoşulmaq imkanı olan sabit şəbəkə telefonları və taksofonlar daxil olmaqla) 1 505,5 min ədəd (nömrə) olub ki, bu da 2018-ci ilin göstəricisini 2,3% üstələyir. Son 5 ildə artım 0,3% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR