Azərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb - FOTO

Azərbaycanda BMT-nin 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb - FOTO
# 26 oktyabr 2020 12:02 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərmarka" MMC tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) 75 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, markanın üzərində 75 rəqəmi BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılmış "Zorakılığa yox" adlı heykəl formasında təsvir edilib.

Belarus Respublikasının Bobruysk şəhərində 5 min tirajla çap olunan markanın müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.

Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR