Azərbaycanda "Kiberakademiya" tədris proqramı hazırlanıb

Azərbaycanda "Kiberakademiya" tədris proqramı hazırlanıb
# 03 mart 2020 14:39 (UTC +04:00)

Bu ildən etibarən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (“İKT LAB”) tərəfindən "Kiberakademiya" tədris proqramı hazırlanıb. Proqram özündə bir neçə istiqaməti əks etdirir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "İKT LAB"ın direktoru Rauf Cabbarov deyib.

Onun sözlərinə görə, tədris proqramında informasiya təhlükəsizliyinin əsaslarından tutmuş bilavasitə pentest edən etik hakerlər var ki, onlar sistemləri qoruyur: "Bu şəxslər üçün təlimlər nəzərdə tutulur. Təlimlərə artıq start verilir. Bura maraqlı olan şəxslər qoşula bilər. Təlimlər beynəlxalq sertifikasiya proqramlarına əsaslanır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR