Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 35% azalıb

#
# 14:14
16 aprel 2021

Azərbaycanda bu ilin yanvar-mart aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 25,3 mln. ton yük və 252,6 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin eyni dövrü ilə müqayisədə yük və sərnişin daşımaları müvafiq olaraq 15,3% və 34,9% azalıb.

Məlumata görə, sərnişinlərin 92,6%-i avtobus, 7,4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 28,1%, sərnişin dövriyyəsi isə 32,1% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR