Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 1,7% artıb

#
# 19:13
14 avqust 2020

Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-iyul ayları ərzində 8,3 mln. ton yük, 1422,6 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,7% artım, sərnişin daşınmasında isə 25% azalma müşahidə olunub.

Məlumata əsasən, hesabat dövrü orta hesabla sutkada 313 vaqon yüklənib, 373 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,1 min ton, Qərb istiqaməti üzrə 3,6 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR