Azərbaycanda dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Azərbaycanda dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb
# 04 sentyabr 2020 14:05 (UTC +04:00)

Bu ilin avqust ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı iyun ayı ilə müqayisədə 20,2% artaraq 351 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, avqust ayı ərzində mərkəzə daxil olan sorğulardan 98%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, avqust ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 5 domen və 23 subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 8 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-avqust aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 2933 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 97,2%-i baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 129 hesabat təqdim edilib. Yanvar-avqust ayları ərzində Azərbaycanın internet seqmentində 34 domen və 107 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR