Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri üçün infrastruktur yaradılacaq

#
# 11:41
27 aprel 2021

Azərbaycanda ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələri üçün infrastrukturun yaradılması istiqamətində təkliflər hazırlanıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) "APA-Economics"ə verilən məlumata görə, sənəd baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib.

Bildirilib ki, qeyd olunan təkliflər Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR