Azərbaycanda ev istifadəçilərinin 9%-i,korporativ istifadəçilərin isə 5%-i internetdə yoluxma riski ilə üzləşib

Azərbaycanda ev istifadəçilərinin 9%-i,korporativ istifadəçilərin isə 5%-i internetdə yoluxma riski ilə üzləşib
# 07 avqust 2020 10:20 (UTC +04:00)

Bu ilin ilk altı ayında Azərbaycanda ev istifadəçilərinin 9%-i, korporativ istifadəçilərin 5%-i internetdə yoluxma riski ilə üzləşib. “Kaspersky” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bununla yanaşı ev istifadəçilərinin 41%-i və korporativ istifadəçilərin 30%-i müxtəlif portativ daşıyıcılardan - USB fleşlər və ya yaddaş kartlarından düşən təhdidlərlə üzləşib.

2019-cu ilin ilk yarısı ilə müqayisədə bank troyanlarının hücumuna məruz qalan istifadəçilərin payı iki dəfə artıb. Statistik məlumatlara görə, Azərbaycanda mobil qurğulara zərərli və reklam proqramları tərəfindən hücumlar qonşu ölkələrə nisbətən daha tez-tez baş verib. İlin ilk altı ayında istifadəçilərin 3%-i bu növ hücumlara məruz qalıb.

İnternetdə istifadəçilərin rastlaşa biləcəyi ən geniş yayılmış təhdidlərdən biri də fişinq hücumlarıdır ki, təcavüzkarlar onlar vasitəsilə istifadəçilərin şəxsi və ödəniş məlumatlarını ələ keçirməyə çalışırlar. Yanvar-iyun aylarında Kaspersky həlləri Azərbaycanda fişinq səhifələrinə keçidə səbəb ola biləcək 236 000 cəhdin qarşısını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR