Azərbaycanda fişinq hücumlarının sayı artıb

Azərbaycanda fişinq hücumlarının sayı artıb
# 01 sentyabr 2020 15:06 (UTC +04:00)

Bu ilin avqust ayında Azərbaycanın ".az" domenində olan saytların hər 96-si nəticə etibarı ilə bir uğurlu fişinq hücumuna ilə üzləşib ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,27%-ni təşkil edir.

"APA-Economis"in "Netcraft" analitik şirkətinə istinadən verdiyi məlumata görə, ümumilikdə, Azərbaycan saytlarının 370-i fişinq hücumunun qurbanı olub ki, bu göstərici üzrə son bir ay ərzində 53,2% artıb.

Qeyd edək ki, bu günə ".az" domenində 35,5 minədək sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 291, Rusiyada – 322, Belarusda – 1 057, Latviyada – 52, Litvada - 291, Estoniyada – 44, Qazaxıstanda – 1 085, Özbəkistanda – 782, Tacikistanda – 49, Qırğızıstanda – 557, Gürcüstanda – 336, Ermənistanda isə 444 sayta bir uğurlu fişinq hücumu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR