Azərbaycanda ictimai işlər cəzasına məhkum olunanların monitorinq sistemi yaradılıb

Azərbaycanda ictimai işlər cəzasına məhkum olunanların monitorinq sistemi yaradılıb
# 12 dekabr 2019 16:54 (UTC +04:00)

Azərbaycanda ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin inzibati tənbehin müddətinin hesablanması üçün monitorinq sistemi yaradılıb.

Bunu "APA-Economics"ə "Idrak Technology Transfer" şirkətindən deyiblər.

Şirkətdən bildirilib ki, sistem artıq tətbiq olunur və iş müddətinin hesablanması barmaq izləri ilə aparılır.

 

"İctimai işlər cəzasına məhkum olunan şəxslər barmaq izi ilə həm işə başlayarkən, həm də bitirdikdən sonra qeydiyyatdan keçir. Qeydiyyat və izləmə monitorinq sistemi üzərindən aparılır", - deyə şirkətdən bildiriblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR