Azərbaycanda internetə tətbiq olunan məhdudiyyət aradan qaldırılıb

Azərbaycanda internetə tətbiq olunan məhdudiyyət aradan qaldırılıb
# 12 noyabr 2020 10:00 (UTC +04:00)

Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların və kiberinsidentlərin qarşısının alınması məqsədilə Azərbaycanda internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla, aradan qaldırılıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR