Azərbaycanda rəqəmli şəbəkədə istifadə olunan efir qəbulu avadanlıqları peyk avadanlıqları ilə əvəzlənir

Azərbaycanda rəqəmli şəbəkədə istifadə olunan efir qəbulu avadanlıqları peyk avadanlıqları ilə əvəzlənir
# 08 sentyabr 2020 12:47 (UTC +04:00)

Azərbaycan rayonlarında rəqəmli şəbəkədə istifadə olunan efir qəbulu avadanlıqları peyk qəbulu avadanlıqları ilə əvəz olunacaq.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi ("Teleradio") qeyd olunan işlərin yerinə yetirilməsinə dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

Tender komissiyasının qərarına əsasən, tenderin qalibi "Colable Electronics" şirkəti olub. Şirkətlə ümumi dəyəri 48 450 manat təşkil edən müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR