Azərbaycanda təhsil sisteminin rəqəmsal transformasiyasına dair sənəd imzalanıb

#
# 10:29
4 may 2021

Azərbaycan Təhsil Nazirliyi ilə “Microsoft” korporasiyası arasında ölkədə təhsil sisteminin rəqəmsal transformasiyasına dair anlaşma memorandumu imzalanıb.

“Microsoft Azerbaijan” şirkətindən “APA-Economics”ə məlumata görə, əməkdaşlıq sənədi 4 sahəni əhatə edir, hər sahə üzrə birgə icra olunacaq bir sıra layihə mövcuddur.

Sənəddə ölkənin təhsil sisteminin mövcud vəziyyətə uyğunlaşdırıldığı əks olunub. Tərəfdaşlıq 20-dən çox mövzunu əhatə edəcək. İlk növbədə, nazirliyin elektron xidmətlərdə istifadə etdiyi informasiya sistemlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Razılaşma çərçivəsində müəllimlərin yenidən hazırlanması üçün “Microsoft” həllərinin birgə tətbiqi imkanları nəzərdən keçiriləcək, Azərbaycan Dövlət Pedaqoji Universitetlə mövcud məzmun müasir tələblərə uyğunu ilə əvəzlənəcək.

Əməkdaşlıq çərçivəsində həmçinin süni intellektin tətbiqi də planlaşdırılır. Bu texnologiyanın köməyi ilə Təhsil Nazirliyi artıq müəyyən test sistemlərini araşdırır, şagirdlər və müəllimlər üçün yeni məzmunun faydalılıq dərəcəsini anlamaq üçün proqnozlaşdırıcı təhlil tətbiq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR