Azərbaycanda yaxın zamanlarda nəqliyyat vasitəsinin istifadəsinə dair etibarnamələr elektron qaydada veriləcək

Azərbaycanda yaxın zamanlarda nəqliyyat vasitəsinin istifadəsinə dair etibarnamələr elektron qaydada veriləcək
# 25 noyabr 2019 11:21 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Ədliyyə Nazirliyi ilə birgə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamələrin verilməsi xidməti elektronlaşdırıb və hazırda test mərhələsindədir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, xidmətin yaxın günlər ərzində vətəndaşların istifadəsinə verilməsi təmin ediləcək: “Hazırda bu tipli bir sıra xidmətlərin elektronlaşdırılması ilə bağlı işlər aparılır”, - deyə C. Salmanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR