Azərbaycanda yük və sərnişin daşımaları azalıb

Azərbaycanda yük və sərnişin daşımaları azalıb
# 15 avqust 2020 12:24 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,3% və 31,6% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yeddi ayı ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 111,2 mln. ton yük daşınb. Yüklərin 3,2%-i dəniz, 7,5%-i dəmir yolu, 0,2%-i hava, 58,7%-i avtomobil nəqliyyatı, 30,4%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 17,9% azalıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4% təşkil edib. 2020-ci ilin yanvar-iyul aylarında nəqliyyatçılar 766,5 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 91,3%-i avtomobil nəqliyyatı, 8,4%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 65,3 mln. ton yük, 700,0 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,5% və 28,8% azalma qeydə alınıb. Sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər. Yük dövriyyəsi 35,8%, sərnişin dövriyyəsi isə 24,9% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR