Azərbaycanda yükdaşımalar 8% azalıb

Azərbaycanda yükdaşımalar 8% azalıb
# 17 aprel 2021 14:16 (UTC +04:00)

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 8% və 42,5% azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 46,7 mln. ton yük daşınıb. Yüklərin 3,2%-i dəniz, 8,1%-i dəmir yolu, 0,2%-i hava, 54,2-i avtomobil nəqliyyatı, 34,3 faizi isə boru kəməri ilə daşınıb.

Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 10,5% azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,1% təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 253,2 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 99,8%-i avtomobil nəqliyyatı, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR