Azərbaycanın daha bir bankı e-imza xidmətini aktivləşdirəcək

Azərbaycanın daha bir bankı e-imza xidmətini aktivləşdirəcək
# 21 aprel 2021 13:17 (UTC +04:00)

Yaxın gələcəkdə "Rabitəbank" tərəfindən müştərilərə elektron imzanın (e-imza) əldə edilməsi xidmətini aktivləşdirəcəyi gözlənilir.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib.

Qeyd olunub ki, bununla bağlı bank tərəfindən Dövlət Vergi Xidmətinə müraciət olunub: "Ümumilikdə, cari il ərzində bank tərəfindən 10-a yaxın rəqəmsal həll və məhsul təklif olunacağı gözlənilir ki, onların üzərində hazırda aktiv işlər aparılır".

Xatırladaq ki, hazırda mobil elektron imza xidməti "Kapital Bank" tərəfindən təklif olunur. Layihə Milli Sertifikatlaşdırma Xidmətləri Mərkəzi ilə birgə həyata keçirilir. Bank müştərilərinə mobil elektron imzanı təmənnasız təqdim edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR