Azərbaycanın dövlət qurumları aşkarlanmış kibertəhlükəsizlik indikatorları ilə tanış ola biləcək

Azərbaycanın dövlət qurumları aşkarlanmış kibertəhlükəsizlik indikatorları ilə tanış ola biləcək
# 12 yanvar 2021 13:07 (UTC +04:00)

Azərbaycanın dövlət qurumlarının istifadəsində olan "Resurs İdarəetmə Mərkəzi" sistemində yeni "Blok Siyahısı" modulu istifadəyə verilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, yeni modul vasitəsi ilə dövlət qurumları Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən kiberhücumların analizi zamanı aşkar edilən və dövlət şəbəkələrinin təhlükəsizliyi məqsədi ilə AZSTATENET şəbəkəsində blokladığı kibertəhlükəsizlik indikatorları ilə tanış ola biləcək, onların bloklanma səbəblərini və istifadə olunduğu hücum növləri barədə məlumat ala biləcəklər.

Sistem eyni zamanda dövlət qurumlarının özlərinin aşkar etdiyi kiberhücum indikatorlarını da Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinə göndərilməsi, yoxlanılması və statusunun izlənilməsi funksiyaları ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR