Azərbaycanın dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı artıb

Azərbaycanın dövlət qurumlarının kibertəhlükələrə dayanıqlığı artıb
# 03 may 2021 17:20 (UTC +04:00)

Bu ilin aprel ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı mart ayı ilə müqayisədə 5,1% azalaraq 332 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, aprel ayı ərzində mərkəzə daxil olan sorğulardan 93,7%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, aprel ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 3 domen və 5 yeni subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 17 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-aprel aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1 506 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 95,9%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 66 hesabat təqdim edilib. Yanvar-aprel ayları ərzində Azərbaycanın internet seqmentində 16 domen və 41 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR