Azərbaycanın dövlət qurumu ABŞ şirkəti ilə əməkdaşlıq edəcək

Azərbaycanın dövlət qurumu ABŞ şirkəti ilə əməkdaşlıq edəcək
# 26 noyabr 2020 12:23 (UTC +04:00)

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ilə ABŞ-ın “ESRI” şirkəti arasında Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

ƏMDX-dən “APA-Economics”ə verilən məlumata görə, onlayn formatda keçirilən tədbirdə İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycanda iqtisadi və coğrafi informasiya sahəsi üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib və “ESRI” şirkəti ilə əməkdaşlığın genişləndiriləcəyini diqqətə çatdırıb.

“ESRI” şirkətinin nümayəndəsi Sohail El Abd təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, hazırda dünyada Coğrafi İnformasiya Sistemləri (CİS) 50%-dən çoxu bu şirkətə məxsus texniki platformalarda hazırlanır və şirkət dünyanın 73 ölkəsi ilə bu istiqamətdə əməkdaşlıq edir. Sohail El Abd regionun sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Xidmətin daşınmaz əmlak idarəçiliyi sahəsində Torpaqların Elektron Kadastr Uçotu və Ünvan Reyestri informasiya sistemlərinin istismara verildiyini, hazırda milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

R. Şahbazov layihələrin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, peşəkar İT həllərinə əsaslandığını və bu baxımdan “ESRI” şirkəti ilə imzalanan Anlaşma Memorandumunun önəmini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR