Azərbaycanın kibertəhlükəsizlik üzrə strategiyası yaxınlarda hökumətə təqdim olunacaq

Azərbaycanın kibertəhlükəsizlik üzrə strategiyası yaxınlarda hökumətə təqdim olunacaq
# 04 mart 2020 12:09 (UTC +04:00)

Azərbaycan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının uzun müddət üzərində işlədiyi 2020-2025-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiya artıq hazırdır və yaxın zamanda hökumətə təqdim olunacaq.

Bu barədə "APA-Economics"ə Xüsusi Dövlət Mühafizə Xidmətinin Kritik İnfrastrukturun və Təhlükəsizliyi İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu strategiyanın qəbul olunması, eyni zamanda beşillik tədbirlər planının həyata keçirilməsi sahənin ümumi inkişafına səbəb olacaq: "Belə ki, strategiyada bir çox məsələlər əksini tapıb, hansı ki, biz hazırda bu məsələlərlə bağlı çətinliklər çəkirik, istər qanunvericilik və ekosistem baxımından, istərsə də dövlət-özəl sektor arasında əməkdaşlıq çərçivəsində olsun. Yəni strategiyada bir çox tədbirlər nəzərdə tutulub. Eyni zamanda təhsillə bağlı çox ciddi məsələlər də strategiyada əksolunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR