Azərbaycanın nəqliyyat sektorunda yükdaşımalar 1,6% artıb

Azərbaycanın nəqliyyat sektorunda yükdaşımalar 1,6% artıb
# 19 dekabr 2019 10:11 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 212,8 mln. ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,6%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən dövr daşınmış yüklərin 2,5%-i dəniz, 6,5%-i dəmir yolu, 0,1%-i hava, 65,9%-i avtomobil nəqliyyatı, 25%-i isə boru kəməri ilə nəql edilib.

Məlumata əsasən, özəl sektora məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,7% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 82,5% təşkil edib.

Bundan başqa, 2019-cu ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1 856,2 mln. nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,5% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,1%-i avtomobil nəqliyyatı, 11,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR