Azərbaycanın poçt bloku beynəlxalq sərginin qran-prisini alıb - FOTO

Azərbaycanın poçt bloku beynəlxalq sərginin qran-prisini alıb - FOTO
# 26 dekabr 2019 17:32 (UTC +04:00)

“Azərmarka” MMC tərəfindən dövriyyəyə buraxılan “Azərbaycan Demokratik Respublikası – 100 il” adlı poçt bloku Vyana beynəlxalq filateliya sərgisinin (“Wiener Internationale Postwertzeichen-Ausstellung” – WIPA) ilk onluğuna daxil olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən poçt blokunun üzərində xüsusi gümüşü örtüklə Azərbaycanın xəritəsi əks olunub. Markanın perforasiya xətti isə Azərbaycan Demokratik Respublikasının dövlət sərhədlərini göstərir. Poçt blokunun üzərində “1918 – 2018. Azərbaycan Demokratik Respublikası – 100 il” və “1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Heydər Əliyev” sözləri yazılıb.

Bir markadan ibarət poçt blokunun ölçüsü 90x100 millimetrdir. “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanan blok Fransanın “Cartor Security Printing CSP” mətbəəsində 5000 ədəd tirajla çap edilib.

Qeyd edək ki, “WIPA” beynəlmiləl filateliya sərgisi 1881-ci ildən qeyri-müntəzəm olaraq Avstriyanın paytaxtı Vyana şəhərində keçirilir. Burada dünyanın ən gözəl poçt markası seçilir. “ADR-100” adlı poçt bloku 50 ölkə arasında 10-cu yerə layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR