Azərbaycanın startap komandası Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub

Azərbaycanın startap komandası Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub
# 22 oktyabr 2020 15:25 (UTC +04:00)

Ötən il "İdeyadan Biznesə – I2B" startap müsabiqəsində respublika üzrə 3-cü yerə layiq görülən Azərbaycan Tibb Universitetinin "Palliativ+" startap komandası Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək olub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Palliativ+" üzvləri Azərbaycan ordusunun şərəfli tarix yazdığı bir vaxtda müsabiqədə qazandıqları məbləğin qalan hissəsini, yəni 800 manatını Fonda ianə ediblər.

Qrup üzvləri – layihə rəhbəri, tələbə İsmayıl Nəzərli, həkim-rezident Məhərrəm Alimli, tələbələr – Etibar Abbasov, Qəmər Məmmədbəyli, Azad Kərimli və Ülkər Hüseynova öz təşəbbüsləri ilə bu addımı atıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR