Azərbaycanın üç rayonunda elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib

Azərbaycanın üç rayonunda elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib
# 13 may 2020 17:49 (UTC +04:00)

Azərbaycan ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Quba rayonunda 35 kV-luq “Təngaltı” və “Ulduz- 2” hava veriliş xətləri keçən ərazidə sel sularının artması nəticəsində çay öz vadisindən çıxıb elektrik dayağının özülün yumaq təhlükəsi ilə üzləşib.

Operativ olaraq əraziyə cəlb olunan texnikanın köməyi ilə çayın məcrası dəyişdirilib və qəzanın qarşısı alınıb. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal-materal və texnika ayrılıb.

Qərb rayonlarında, o cümlədən, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı idarəsinin ərazisində olan Göyçay və Ağsu rayonu ərazisində də elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Təmir-bərpa işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR