Azərbaycanın və Bakının bəzi rayonlarında suyun verilməsində məhdudiyyətlər olacaq

#
# 10:31
25 avqust 2020

Azərbaycanın 6 və Bakının 3 rayonunun bəzi hissələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“İstehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə olunur”, - ASC-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR