Azərbaycanla Rusiya arasında dəmir yolu ilə yükdaşımaların həcmi 31% artıb

Azərbaycanla Rusiya arasında dəmir yolu ilə yükdaşımaların həcmi 31% artıb
# 11 dekabr 2019 18:05 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Rusiya arasında dəmir yolu ilə daşınan yüklərin həcmi 31% artıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bunu QSC-nin sədri Cavid Qurbanov “Rusiya Dəmir Yolları” ASC-nin İdarə Heyətinin yekun iclasında çıxış edərək bildirib.

Onun sözlərinə görə, hər iki ölkə dəmiryolçularının Yalama-Samur sərhəd-keçid məntəqəsindəki əlaqələndirilmiş işi nəticəsində yük daşımalarında müsbət dinamika müşahidə olunur.

“Bu ilin yanvar-oktyabr aylarında yükdaşımaların həcmi 1,4 mln. tona yüksəlib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur”, - deyə C. Qurbanov qeyd edib.

C. Qurbanov əlavə edib ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə daha da inkişaf etdirilməsi üçün hər iki ölkənin dəmir yolları mütəxəssisləri uğurlu əməkdaşlıq edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR