Azərbaycanla Ukrayna arasında hava nəqliyyatı ilə daşımaların tam bərpası müzakirə olunub

#
# 14:49
13 aprel 2021

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Ukraynanın infrastruktur naziri Vladislav Krikliylə görüşüb.

APA-Economics” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz “Twitter” səhifəsində yazıb.

Səfir bildirib ki, Ukraynanın hökumət nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində keçirilən görüşdə, nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə olunub.

“Digər məsələlərlə yanaşı, Azərbaycanla Ukrayna arasında hava nəqliyyatı ilə daşımaların həcminin tam bərpası da müzakirə mövzusu olub”, - səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR