"Azəriqaz": Döyüşlərin getdiyi rayonlarda 30% abonentin qazla təchizatında məhdudiyyətlər qalmaqdadır

"Azəriqaz": Döyüşlərin getdiyi rayonlarda 30% abonentin qazla təchizatında məhdudiyyətlər qalmaqdadır
# 08 oktyabr 2020 17:50 (UTC +04:00)

Oktyabrın 8-də səhər saatlarında düşmənin atdığı mərmi Goranboy rayonunun Ağcakənd qəsəbəsində diametri 76 mm olan qaz xəttini zədələyib və bunun nəticəsində bir küçənin qaz təchizatı məhdudlaşdırılıb.

APA-Economics” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyində yaradılan Qərargahın məlumatında deyilir.

“Hazırda Füzuli rayonu üzrə 34 yaşayış məntəqəsi təbii qazla təchiz olunur, yalnız 6 yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb. Ağcabədi rayonu üzrə ümumi yaşayış məntəqələrinin yarısı qazla tam təmin edilir. Ağdam rayonu üzrə isə cəmi 6 yaşayış məntəqəsi təbii qazla təchiz olunub, digərlərində məhdudlaşdırma var”, - məlumatda qeyd olunub.

Bundan başqa, Beyləqan və Bərdə rayonları tam olaraq təbii qazla təmin edilib. Tərtər rayonu tam olaraq və Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı təhlükəsizlik tədbiri olaraq hələlik bərpa olunmayıb.

Qeyd edək ki, döyüşlərin getdiyi rayonlar üzrə (Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsi) ümumilikdə 70% abonentin qaz təchizatı təmin edilir, 30% abonentin isə qazla təchizatında məhdudiyyətlər qalmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR