"Azərişıq" sosial şəbəkələr və "WhatsApp"la müraciətlərin qəbuluna başlayıb

"Azərişıq" sosial şəbəkələr və "WhatsApp"la müraciətlərin qəbuluna başlayıb
# 18 mart 2020 14:33 (UTC +04:00)

Bu gündən etibarən “Azərişıq” ASC tərəfindən “Facebook” və “Instagram” vasitəsilə canlı bağlantı, eləcə də “WhatsApp” üzərindən müraciətlərin qəbulu həyata keçirilir.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, cari ayın 29-dək Səhmdar Cəmiyyət tərəfindən onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcək. Əsasən, müəssisənin yeni “WhatsApp” nömrə üzərindən “Azərişıq”ın göstərdiyi bütün xidmətlər barəsində məlumat almaq mümkündür. Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq rəsmi “Facebook” və “Instagram” səhifələrində canlı bağlantı həyata keçiriləcək. Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını bizə sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər. Həmçinin, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək.

Vətəndaşlar yaranan suallarını və müraciətlərini təyin olunan “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri ilə yanaşı “199” Çağrı Mərkəzi, “Facebook”, “Instagram”, [email protected] və “WhatsApp” nömrəsinə də yönləndirə bilərlər.

“WhatsApp” nömrə: +994772176762.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR