"Azərkosmos" Dünya Teleport Assosiasiyasının "Tier4" sertifikatını əldə edib

"Azərkosmos" Dünya Teleport Assosiasiyasının "Tier4" sertifikatını əldə edib
# 02 noyabr 2020 15:31 (UTC +04:00)

"Azərkosmos" ASC-nin Bakıda fəaliyyət göstərən teleportu Dünya Teleport

Assosiasiyasının "Sertifikatlaşdırma proqramı"ı üzrə bütün mərhələləri uğurla tamamlayaraq "Tier4" uyğunluq sertifikatını əldə edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, "Tier4" sertifikatına malik olan şirkətlər təqdim etdiyi teleport xidmətləri, texniki infrastruktur və iş prosesinin etibarlılığına və təhlükəsizliyinə 99,9% təminat verir.

"Azərkosmos"a məxsus teleportun resursları "Azerspace-1", "Azerspace-2" və "Azersky" peykləri ilə yanaşı, digər peyk operatorlarının peyklərindən və fiber-optik şəbəkə üzərindən gələn siqnalları qəbul etməyə imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR