"Azərpoçt" koronavirusla bağlı profilaktik tədbirləri davam etdirir - FOTO

"Azərpoçt" koronavirusla bağlı profilaktik tədbirləri davam etdirir - FOTO
# 18 may 2020 15:06 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirləri davam etdirir.

“Azərpoçt”dan “APA-Economics”ə verilən məlumata görə, poçt filialları və şöbələrində, eləcə də “Şəbəkə” xidmət mərkəzlərində dezinfeksiya işləri gündəlik olaraq həyata keçirilir.

Həmçinin “Azərpoçt”un Poçt Daşıma Mərkəzinin inzibati binası, xidməti otaqları, şöbələri və mərkəzdəki gömrük məntəqəsi dezinfeksiya olunur.

Əhali ilə birbaşa təmasda olan əməkdaşlar tibbi maskalar, əlcəklər və spirtlə təmin olunurlar. Eyni zamanda geniş maarifləndirmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR