"Azərsu" mexaniki sayğacların göstəricilərinin elektron qaydada təqdim edilməsi xidmətini istifadəyə verib

"Azərsu" mexaniki sayğacların göstəricilərinin elektron qaydada təqdim edilməsi xidmətini istifadəyə verib
# 13 aprel 2020 14:15 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək məqsədilə mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Azərsu” tərəfindən “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” xidməti istifadəyə verilib. Bu xidmətin köməyi ilə vətəndaşlar mexaniki sayğacların göstəricilərini daha rahat şəkildə təqdim edə və bildirişləri elektron qaydada əldə edə biləcəklər. Xidmətdən istifadə etmək istəyən abonentlər Cəmiyyətin facebook səhifəsinə daxil olub (AZERSU OJSC) mesaj bölməsində əvvəlcə “Ana menyu”, sonra “Sayğac göstəricilərinin elektron təqdim edilməsi” xidmətini seçməlidir. Növbəti mərhələdə xidmət üzrə aparılan əməliyyat üzrə tələb olunan məlumatlar aşağıda göstərilən ardıcıllıqla sistemə daxil edilir.

1. Abonentin e-mail ünvanı.

2. Mobil telefon nömrəsi.

3. Şəxsiyyət vəsiqəsinin FİN kodu.

4. Abonent kodu.

5. Sayğac göstəriciləri.

Beşinci əməliyyat aparılarkən əvvəlcə sayğacın nömrəsi qeyd olunur. Sonra sayğacın son göstəricisi, oxunma tarixi göstərilir və sayğacın şəkli daxil edilir. Sistemə daxil edilmiş məlumatlar (xüsusilə abonent kodu) doğru, əlaqə vasitələri isə aktiv olmalıdır.

Müraciət qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə icraya yönləndirilir. Daxil olan müraciətlər əsasında faktura yaradılır. Bundan sonra abonentin həm elektron poçt ünvanına, həm də mobil telefonuna müraciətin icra olunması haqda məlumat və SMS bildiriş göndərilir.

Bundan sonra abonent www.azersu.az saytında “Elektron faktura” elektron xidmətindən istifadə edərək abonent kodunu daxil edərək fakturanı görür və elə həmin pəncərədən onlayn ödənişə keçməklə borcunu ödəyə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR