“Azərsun Holdinq” orduya dəstəyini nümayiş etdirib

“Azərsun Holdinq” orduya dəstəyini nümayiş etdirib
# 28 avqust 2020 21:05 (UTC +04:00)

Hər zaman müxtəlif sosial layihələr reallaşdıran “Azərsun Holdinq” növbəti vətənpərvər layihəsini həyata keçirərək Azərbaycan əsgəri ilə birlikdə olduğunu nümayiş etdirib.

Şirkətlər qrupu bu dəfə cəbhə bölgəsinə xeyli sayda təkər və hərbçilərimiz üçün zəruri ola biləcək digər vəsaitlər göndərib. “Azərsun Holdinq” Vətənin hər qarış torpağının qorunması üçün gecə-gündüz demədən xidmət aparan əsgərlərimizə növbəti dəfə dəstəyini sərgiləyib və digər şirkətləri də bu cür aksiyalarda aktiv iştirak etməklə düşmənlə üzbəüz dayanan hərbçilərimizin yanında olduqlarını nümayiş etdirməyə dəvət edir.

Qeyd edək ki, bir neçə gün öncə “Azərsun Holdinq” “Səninləyik, Azərbaycan əsgəri!” adlı layihə reallaşdıraraq dövlət sərhədimizin mühafizəsini təşkil edən sərhədçilərimizi 101 yaşları münasibətilə təbrik etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR